İran polisi get-gedə daha gödək paltarlar geyinən, saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb ANS PRESS İranın "Etimad" qəzetinə istinadən bildirir ki, İranın paytaxtı Tehranda geyim haqqında qanunu pozan qadınlar 5 illiyinə sürgün edilmə ehtimalı qarşısında qalıblar. Qəzetin xəbərinə görə, Tehranın prokuroru Səid Murtəzavi “İctimai yerlərdə əxlaq səviyyəsi aşağı, mankenlər kimi görünən belə qadınlar, yeniyetmələrin şərəfini və məsumluğunu təhlükə ilə qarşı-qarşıya qoyurlar” deyib. Polis isə get-gedə daha gödək paltarlar geyinən və saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb. Qanunu pozanlara qarşı qamçı, pul və həbs cərimələri tətbiq edilir. Prokuror Murtəzavi “Bu cərimələrin təsiri olmayanlar və qanunu pozmaqda inad edənlər 5 il müddətinə Tehrandan uzaqlaşdırılma cəzası ilə qarşılaşacaq” deyib. Tehran polis rəsmiləri şənbə günündən etibarən keçirilən əməliyyatlarda 3 242 n
... ARDINI OXU_
Bir mələk insanlar arasından seçilmiş bir adama ilahi mesajı gətirir, həmin adam da onun xalqına çatdırılmasında cavabdehlik daşıyır. Cavabdehlik daşıyan həmin insana Quran terminologiyasında bu adlar verilir: Nəbi (peyğəmbər), Rəsul (elçi), Mürsəl (göndərilmiş), Bəşir (müjdələyən), Nəzir (xəbərdar edən) və s. Bu adlar bir növ eyni məna daşıyan kəlmələrdir. Peyğəmbərlər tam dindar, maddi, mənəvi və sosial davranışları baxımından ən yaxşı insanlardır. Möcüzələr göstərməyə məcbur deyillər. (Buna baxmayaraq, tarix onların hamısının möcüzələr göstərməsinin şahidi olub, peyğəmbərlər bu möcüzələri reallaşdıranın Allah olduğunu bildirmişlər). Onların həqiqi peyğəmbər olduqlarının göstəricisi yalnız və yalnız gətirdikləri təlimdir.
Peyğəmbərlərin tarixi mübarək peyğəmbərlərin yüksək həyatlarına aid məlumatlardır və bunlar ümumi tarixin çox qiymətli bir hissəsidir. Məlum olduğu kimi, Uca Allah əvvəlcə insanlara öz aralarından müxtəlif dövrlərdə peyğəmbərlər göndərmişdir. İnsanların bir qismi bu müqəddəs peyğəmbərlərə tabe olaraq dünya və axirətə aid vəzifələrini öyrənmiş, yerinə yetirməyə çalışmışlar. Nizam-intizamlı cəmiyyətlər qurmuş, mədəniyyət və fəzilətə nail olmuşlar. Digər bir qismi də bu mübarək peyğəmbərlərə qarşı çıxaraq həqiqi insanlıqdan məhrum qalmış və küfrü imandan, rəzilliyi fəzilətdən üstün tutmuşlar. Buna görə də onlar fəlakətlər nəticəsində məhv olmuşlar.
Abdulmuttalibin başqa bir qayğısı da var idi. Həbəşistan məliki (kralı) Nəcaşinin Yəməndəki valisi Əbrəhə öz ordusunu toplayaraq Kəbəni dağıtmağa gəlirdi. Bu adam insanların ibadət etmək üçün Kəbəyə üz tutmasını qısqanaraq alternativ kimi öz torpaqlarında olan Sənada böyük məbəd tikdirmişdi. Heybətini və əzəmətini tamamlaya b
... ARDINI OXU_
«Allahlı müsəlman və Allahsız müsəlman» ifadəsini ilk dəfə eşidəndə bir anlığa düşünməyə başladım. Mümkündürmü? Məşhur bir teleserialda bunun cavabını eşidəndən sonra bu fikri qəbul etdim. Bunu daha məntiqli edən başqa amil isə iki ildən artıq bir müddətdir İnternews-da aparıcısı olduğum «Müasir cəmiyyət və İslam» verilişinin sorğusu oldu. Sorğuda iştirak edənlərdən insanın mələk səviyyəsinə ucalıb-ucala bilməyəcəyi soruşulurdu. Amma əhalisinin 95 faizinin müsəlman olduğunu söyləyən xalqın sorğuda iştirak edən əksər nümayəndələri sualın özünü sual altında qoyurdular. Mələyin mövcudluğuna şübhə ilə yanaşırdılar. Mələklərə inanmaq isə İslamda namaz qılmaqdan, oruc tutmaqdan, zəkat verməkdən, həccə getməkdən əvvəl gələn imanın şərtlərindən biridir. Hətta rayonların birində özünü dindar hesab e
... ARDINI OXU_
İranlı ayətullah Fazil Lənkəraninin yazıçı Rafiq Tağının qətlinə fətvasına etiraz olaraq Azərbaycanda beş nəfər gənc mədəniyyət xadimi islam dinindən imtina aksiyasına qoşuldğunu bəyan edib. İslamdan imtina edənlər Azərbaycanın əməkdar artisti İlqar Cahangirov, yazıçı Aydın Xan, publisist Mirmehdi Ağaoğlu, rəssam Yaşar Əsən və türkiyəli fleyta ustası Dəniz Göçpınardır.
Xatırladaq ki, bundan öncə də bir qrup gənc yazar etiraz olaraq islam dinindən imtina edib. Yazıçı Rafiq Tağı "Sənət" qəzetində nəşr edilən "Avropa və biz" məqaləsinə görə dindarlar tərəfindən tənqidlərə məruz qalıb. Xatırladaq ki, yazıçı məqaləsində Həzrəti Muhəmmədi təhqir edib. Hazırda İranda iki din xadimi R.Tağının qətlinə fətva verib.
.Tağı isə Azərbaycan prokurorluq orqanları tərəfindən dini, milli və irqi düşmənçiliyin salınmasında günahlandırılaraq barəsində cinayət işi başlayıb. "S
... ARDINI OXU_
Bütün dünya üzrə hər on ölümdən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda qeyd olunub. Sənəddə göstərilib ki, hər il təxminən beş milyon insan siqaret çəkmədən dünyasını dəyişir. «Belə siqaret çəkmə tendensiyası davam edərsə, 2020-ci ilə qədər hər il təxminən 10 milyon ölüm faktı qeydə alınacaq. İndi siqaret çəkən insanların yarısı-təxminən 650 milyonu siqaret çəkdiyinə görə öləcək», - deyə sənəddə qeyd olunub. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü 1987-ci ildə ÜST-ə üzv ölkələr tərəfindən təsis edilib. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü hər il
31 may tarixində qeyd edilir. Bu gün siqaret çəkmənin təhlükələri, tütün məmulatları istehsalçılarının biznes praktikası, «tütün» epidemiyasına qarşı ÜST-ün fəaliyyəti və bütün dünya əhalisinin öz sağlamlığını və sağlam həyat sürmək hüququnu qorumaq üçün nə edə biləc
... ARDINI OXU_
Ukraynanın Krım Muxtar Respublikasının Sevastopol şəhərində ilk məscidin inşasına başlanılacaq. APA-nın məlumatına görə, məscidin inşası Sevastopol qubernatorluğu və Türkiyənin Samsun şəhərinin müftiliyi tərəfindən maliyyələşdiriləcək. Din ocağının tikilməsi layihəsi 2007-ci ildə qardaşlaşmış şəhərlər olan Sevastopol və Samsun arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında protokola əsasən hazırlanıb. Türkiyə Diyanət İşlərinin Krımdakı nümayəndəsi Emin Patan bildirib ki, Sevastopolun Mamaşay rayonunda yerləşəcək Cümə Məscidinin tikintisi üçün lazım olan sənədləşmə işləri başa çatıb. Məscidin binası ilə yanaşı, 1600
Türkiyə Konstitusiya Məhkəməsi (KM) ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib.
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokratik Sol Partiyasının (DSP) müraciətləri əsasında yekun qərar qəbul olunub. KM bu il fevralın 9-da Böyük Millət Məclisində qəbul olunan Konstitusiya dəyişikliklərinin icrasının dayandırılması və tamamilə ləğvi barədə müraciəti təmin edib. Konstitusiya Məhkəməsi ən yuxarı instansiya olduğu üçün qərardan
apellyasiya verilməsi mümkün deyil. Xatırladaq ki, dəyişiklik təklifi 549 millət vəkilindən ibarət parlamentdə 340 yerə sahib olan hakim Ədalət və İnkişaf Partiyası (A
... ARDINI OXU_
Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
Yaqin ki, hər birimiz ömrümüzdə bir dəfə də olsa, xətrimizə dəyən zarfatla qarşılaşmışıq. O zaman bəlkə də o zatafatı edən adamdan incimişik də. Əslində zarafat etmək insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir. Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməlidir.
Əl-Məscidil Əqsa, Qüdsdəki qədim Süleyman məbədinin mövcud olduğu yerdə inşa edilmiş olan məscidin adıdır. "Ən uzaq məscid" mənasına gələn bu anlayışa ilk olaraq Quranı Kərimin Meracla bağlı olan ayələrində rast gəlinir. Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. (əl İsra 17/1)
Bu müqəddəs kitabın, biz müsəlmanların həyatındakı əhəmiyyətindən heç də az əhəmiyyəti olmayan başqa bir məsələ var ki, bizlər ola bilsin ondan uzağıq, yaxud da qafilik. Bu məsələ, bizlərin Qurani-Kərimə yanaşmağımız, ona verdiyimiz önəm, ona olan münasibətimiz haqqındadır. Müsəlman şəxs, Allahın bəndəsi, Onun buyuruqlarına hansı qəlblə, hansı hisslərlə, hansı rəftarla yanaşır?! Qurani Kərimi sadəcə müqəddəs bir kitab hesab edərək, öpüb gözümüzün üstünə yaxınlaşdırıb sonra rəfdə lap yuxarı başdamı yerləşdiririk?!