![](http://www.azerislam.com/images/upload/quran.jpg)
Bu müqəddəs kitabın, biz müsəlmanların həyatındakı əhəmiyyətindən heç də az əhəmiyyəti olmayan başqa bir məsələ var ki, bizlər ola bilsin ondan uzağıq, yaxud da qafilik. Bu məsələ, bizlərin Qurani-Kərimə yanaşmağımız, ona verdiyimiz önəm, ona olan münasibətimiz haqqındadır. Müsəlman şəxs, Allahın bəndəsi, Onun buyuruqlarına hansı qəlblə, hansı hisslərlə, hansı rəftarla yanaşır?! Qurani Kərimi sadəcə müqəddəs bir kitab hesab edərək, öpüb gözümüzün üstünə yaxınlaşdırıb sonra rəfdə lap yuxarı başdamı yerləşdiririk?!
![](http://muselmanlar.ucoz.com/images/more_magenta.gif)