Bir mələk insanlar arasından seçilmiş bir adama ilahi mesajı gətirir, həmin adam da onun xalqına çatdırılmasında cavabdehlik daşıyır. Cavabdehlik daşıyan həmin insana Quran terminologiyasında bu adlar verilir: Nəbi (peyğəmbər), Rəsul (elçi), Mürsəl (göndərilmiş), Bəşir (müjdələyən), Nəzir (xəbərdar edən) və s. Bu adlar bir növ eyni məna daşıyan kəlmələrdir. Peyğəmbərlər tam dindar, maddi, mənəvi və sosial davranışları baxımından ən yaxşı insanlardır. Möcüzələr göstərməyə məcbur deyillər. (Buna baxmayaraq, tarix onların hamısının möcüzələr göstərməsinin şahidi olub, peyğəmbərlər bu möcüzələri reallaşdıranın Allah olduğunu bildirmişlər). Onların həqiqi peyğəmbər olduqlarının göstəricisi yalnız və yalnız gətirdikləri təlimdir.
|