Əl-Məscidil Əqsa, Qüdsdəki qədim Süleyman məbədinin mövcud olduğu yerdə inşa edilmiş olan məscidin adıdır. "Ən uzaq məscid" mənasına gələn bu anlayışa ilk olaraq Quranı Kərimin Meracla bağlı olan ayələrində rast gəlinir. Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. (əl İsra 17/1)