Ukraynanın Krım Muxtar Respublikasının Sevastopol şəhərində ilk məscidin inşasına başlanılacaq. APA-nın məlumatına görə, məscidin inşası Sevastopol qubernatorluğu və Türkiyənin Samsun şəhərinin müftiliyi tərəfindən maliyyələşdiriləcək. Din ocağının tikilməsi layihəsi 2007-ci ildə qardaşlaşmış şəhərlər olan Sevastopol və Samsun arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında protokola əsasən hazırlanıb. Türkiyə Diyanət İşlərinin Krımdakı nümayəndəsi Emin Patan bildirib ki, Sevastopolun Mamaşay rayonunda yerləşəcək Cümə Məscidinin tikintisi üçün lazım olan sənədləşmə işləri başa çatıb. Məscidin binası ilə yanaşı, 1600
kvadrat metr ərazidə Qonaq Evi də inşa olunacaq.
|