Allahla öz dilində danış Bəziləri fikirləşir ki, dualar mütləq ərəb dilində oxunmalıdır. Hərçənd ki, bu, belə deyil. Dua zamanı ən əsası odur ki, dua edən Allahdan nələr istədiyinin fərqinə varsın. Bu baxımdan, dualar adətən duaçının bildiyi dildə oxunur. Bəs duaların xüsusi bir mətni varmı?.. Qeyd edək ki, Quranda, eləcə də Məhəmməd Peyğəmbərin (s.ə.s.) və onun pak Əhli-Beytindən (ə) nəql edilən bir çox rəvayətlərdə, onların dilindən söylənilən dua mətnləri var. Əlbəttə, bu duaların mətnindən faydalınmaq, onları oxumaq olduqca böyük savabdır. Həmin duaları oxuduqca, Allahla ünsiyyətdən ayrıla bilmirsən. Amma dualar yalnız bunlarla bitmir. Hər bir insan ürəyindən keçəni, ehtiyac duyduğunu, qəlbindəki diləklərini, arzularını dilə gətirib öz dilində, öz sözlərilə dua edə bilər. Və heç şübhəsiz ki, sidq ürəklə Allaha edilən bu duaları Allah mütləq qəbul edər