ГлавнаяРегистрацияВход YA ALLAH bazar, 19.05.2024, 20:25
  Приветствую Вас Гость | RSS

 
 Главная » 2008 » sentyabr » 28 » İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19:41
Dövlət başçısı ailələrə xoşbəxtlik, süfrələrə xeyir-bərəkət və insanların oruclarının qəbul olunmasını arzulayıb

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla bayram sevincini bölüşürlər. Hər yerdə xalqımızın və dövlətimizin firavanlığı, rifahı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Bütün bu xeyirxah niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini böyük ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm.

Əziz bacı və qardaşlarım! Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!". /«Azərtac»/ al-shia.my1.ru

Просмотров: 2039 | Добавил: Ya_Allah | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Alex@othep  
0
Grand Fuck Auto Sex Games http://bit.ly/2j0g2fl

Имя *:
Email *:
Код *:
 
 
Форма входа

Календарь новостей
«  sentyabr 2008  »
1-ci gun2-ci gun3-cu gun4-cu gun5-ci gun6-ci gun7-ci gun
1234567
891011121314
15161718192021
22232425262728
2930

Мини-чат

Поиск

Друзья сайта

Статистика

KİMLƏR ONLİNEDƏ 1
QONAQLAR 1
İSTİFADƏÇİLƏR 0
 

Copyright MyCorp © 2024
Хостинг от uCoz