ГлавнаяРегистрацияВход YA ALLAH Cersenbe, 08.05.2024, 01:23
  MÜSƏLMANIN QALASI Приветствую Вас Гость | RSS

 
 

Uca Allah buyurur:

«Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin». (əl-Bəqərə, 152.)

«Ey iman gətirənlər! Allahı çox-çox zikr edin».( əl-Əhzab, 41.)

«…Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır». (əl-Əhzab, 35.)

«Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsi qaldırmadan Rəbbini yad et və qafillərdən olma!» (əl-Ə'raf, 205.)

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
«Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir». [1]

Başqa bir rəvayətdə səllallahu aleyhi və səlləm demişdir:
«Sizə əməllərinizin ən xeyirlisini, Sahibiniz yanında ən təmiz olanını, dərəcələriniz içində ən yüksəyini, sizin üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisini, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bildirimmi?» (Əshabələr) dedilər: «Bəli!» O dedi: «Uca Allahı zikr etməkdir». [2]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
«Uca Allah buyurur: «Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm». [3]

Abdullah ibn Busr Allah ondan razı olsun rəvayət edir ki, bir kişi (Peyğəmbərə səllallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım». O dedi: «Çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın».[4]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim Allahın Kitabından bir hərf oxusa, bununla ona bir savab yazılır. Bu savab isə on savab mislindədir. Mən demirəm «əlif, ləm, mim» bir hərfdir. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir». [5]

Uqbə ibn Amir Allah ondan razı olsun demişdir: «Biz Süffədə [6] olarkən Peyğəmbər səllallahu aleyhi və səlləm gəlib dedi: «Hansınız hər səhər Büthan yaxud əl-Əqiq vadisinə gedib günah işləmədən və qohumluq əlaqələrini kəsmədən oradan hörgüclü iki maya dəvə gətirmək istəyir». Biz dedik «Ey Allahın elçisi! Biz bunu istəyirik». O dedi: «Sizlərdən biri səhər məscidə gedib qüdrət və qüvvət sahibi olan Allahın Kitabından iki ayə öyrənərsə yaxud (onları) oxuyarsa, bu onun üçün iki dəvədən daha xeyirli olar. Üç (ayə) onun üçün üç (dəvədən), dörd (ayə) onun üçün dörd (dəvədən) daha xeyirli olar. (Öyrənilən və oxunulan) ayələrin sayı nə qədərdirsə, o qədər də dəvələrdən daha xeyirlidir».[7]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim oturduğu (hər hansı) bir yerdə Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar. Kim uzandığı (hər hansı) bir yataqda Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar». [8]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Hər hansı bir məclisdə oturub, orada Allahı yad etməyən və öz peyğəmbərinə salavat gətirməyən bir camaat (Qiyamət günü) mütləq peşmançılığa məruz qalar. Sonra Allah istəsə onlara əzab verər, istəsə onları bağışlayar». [9]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «O camaat ki, məclisdən Allahı zikr etməmiş qalxırlar, onlar uzunqulaq leşi üzərindən qalxmış kimidirlər. Buna görə onlar peşman olacaqlar». [10]
1.[Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur.]

«Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».

2. [Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir, subhanallahi, vəlhəmdulilləhi, və lə ilahə illallahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfir liy]

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allahdadir! Ey Rəbbim məni bağışla!»

3. [Əlhəmdulilləhil-ləzi afəniy fi cəsədiy, və raddə aleyyə ruhiy, və əzinə liy bizikrihi]

«Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izin verən Allaha həmd olsun
Əlhəmdulilləhil-ləzi kəsaniy həzə (əs-səubə) və razəqanihi min ğayri haulin minniy və lə quvvətin]

«Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»
[Allahummə, ləkəl-həmdu əntə kəsəutəniyhi, əs'əlukə min xayrihi və xayri mə sunia ləhu və əuzu bikə min şərrihi və şərri mə sunia ləhu]
«Allahım, Həmd Sənədir! Bunu mənə Sən geyindirdin. Onun xeyrini və onun istifadəsinin xeyrini Səndən diləyirik! Onun şərindən və onun istifadəsinin şərindən Sənə sığınırıq!»

 
7. [Tubliy və yuxlifullahu təalə]
«(Bunu) köhnəldəsən, Uca Allah da yenisini versin!»

8. [İlbis cədiydən, və iş həmiydən, və mut şəhiydən]
«Təzə geyinəsən, həmd edərək yaşayasan və şəhid olaraq öləsən!»
 
9. [Bismilləh]

«Allahın adı ilə!»


10. [Bismilləh] [Allahummə inniy əuzu bikə minəl-xubsi vəl-xəbais]
«(Allahın adı ilə!) Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!»


11. [Ğufranəkə]
«(Allahım!) Məni bağışla!»


12. [Bismilləh]
«Allahın adı ilə!»


13. [Əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu]
«Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»

14. [Allahumməc'alni minət-təvvabiynə vəc'alniy minəl-mutətahhiriyn]
«Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»

15. [Subhanəkəllahummə və bihəmdik, əşhədu ən lə ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk]
«Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm».


16. [Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh]
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!»

17. [Allahummə inniy əuzu bikə ən ədıllə, əu udallə, əu əzillə, əu uzəllə, əu əzlimə, əu uzləmə, əu əchələ, əu yuchələ aleyyə]

«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə sığınıram».


18. [Bismilləhi vələcnə və bismilləhi xaracnə və alə Rabbinə təvəkkəlnə]

«Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimizə təvəkkül etdik!»

Bu zikri etdikdən sonra ev əhlinə salam verilir.


19. [Allahumməc'al fi qalbiy nuran və fi lisəniy nuran və fi səm'iy nuran və fi basariy nuran və min fovqiy nuran və min təhtiy nuran və an yəmiyniy nuran və an şimaliy nuran və min əmamiy nuran və min xəlfiy nuran, vəc'al fi nəfsiy nuran və a'zim liy nuran və azzım liy nuran, vəc'al liy nuran, vəc'alniy nuran. Allahummə ə'tıniy nuran, vəc'al fi asəbiy nuran və fi ləhmiy nuran və fi dəmiy nuran və fi şə'riy nuran və fi bəşəriy nuran] [«Allahumməc'al liy nuran fi qabriy.. və nuran fi ızamiy»] [«və zidniy nuran, və zidniy nuran, və zidniy nuran»] [«və həb liy nuran alə nurin»]

«Allahım! Qəlbimə və dilimə nur saç! Qulağıma və gözümə nur saç! Başımın üstündən və ayağımın altından nur saç! Sağımdan və solumdan nur saç! Önümə və arxama nur saç! Nəfsimi nurlandır! Mənim üçün böyük bir nur və uca bir nur saç! Mənim üçün nur et və məni nurlu et! Allahım mənə nur bəxş et! Sinirimi nurlu et! Ətimi və qanımı nurlu et! Saçımı və dərimi nurlu et!» [«Allahım! Qəbrimə nur saç! Sümüyümü nurlandır!»] [«Nurumu artır, nurumu artır, nurumu artır!»] [«Mənə nur üzərindən nur bəxş et!»]


20. [Əuzu billəhil-azim və bivəchihil-kərim və sultanihil-qadim minəş-şeytanir-racim [Bismilləh, vəs-səlatu] [vəs-səlamu alə Rasulilləh] Allahumməftəh liy əbvabə rahmətikə]

«Daşqalaq olunmuş [Allahın rəhmətindən qovulmuş, lənətə gəlmiş] şeytandan Böyük Allaha, Onun kəramətli Üzünə və əzəli hökmünə pənah aparıram. [Allahın adı ilə! Salavat] [və salam olsun Allahın elçisinə!] [Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!]»


21. [Bismilləh, vəs-səlatu vəs-səlamu alə Rasulilləh. Allahummə inniy əs'əlukə min fadlıkə. Allahummə'sımniy minəş-şeytanir-racim]

«Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! Allahım! Sənin lütfündən diləyirəm. Allahım! Məni daşqalaq olunmuş [rəhmətindən qovulmuş, lənətə gəlmiş] şeytandan qoru!»


22. (Azan eşidildikdə) müəzzinin dedikləri təkrar olunmalıdır.

Yalnız:
[Hayyə aləs-saləh! Hayyə aləl-fələh]

«Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələrinin hər biri:

[Lə həulə və lə quvvətə illə billəh]

«Qüdrət və güc yalnız Allahdadir!» ifadəsi ilə əvəz edilməlidir.

23. [Və ənə əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu. Radiytu billəhi Rabbən, və bi Muhəmmədin rasulən, və bil-isləmi diynən]

«Mən də şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam!»
(Bu, müəzzinin şəhadət gətirməyinin ardınca deyilir.)

24. Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdikdən sonra Peyğəmbərə [səllallahu aleyhi və səlləm] salavat gətirməlidir.

Sonra da bu duanı oxumalıdır:

25. [Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasıylətə vəl-fadıylətə, vəb'ashu məqa¬mən məhmudənilləzi va'adtəhu] [İnnəkə lə tuxliful-miyad]

«Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır. [Həqiqətən, Sən vədə xilaf çıxmırsan!]»


26. Azan və iqamə arasında özü üçün dua edir.
Çünki bu vaxt edilən dua cavabsız qalmır.


27. [Allahummə bəid bəyniy və bəynə xatyayə kəmə bə'adtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqiniy min xatayayə kəmə yunəqqas-səubul-əbyədu minəd-dənəsi. Allahumməğsilniy min xatayayə bis-səlci vəl-məi vəl-bəradi]

«Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!»

28. [Subhanəkə Allahummə və bihəmdikə və təbarəkəs-mukə və təalə cəddukə və lə ilahə ğayrukə]

«Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!»

29. [Vəccəhtu vəchiyə lilləzi fətaras-səməvati vəl-arda hənifən və mə ənə minəl-muşrikin, innə salətiy və nusukiy və məhyəyə və məmətiy lilləhi Rabbil-aləmin, lə şərikə ləhu və bizəlikə umirtu və ənə minəl-muslimin. Allahummə əntəl-məliku lə ilahə illə ənt. Əntə Rabbiy və ənə abdukə zaləmtu nəfsiy va'təraftu bizənbiy, fəğfir liy zunubiy cəmiyan, innəhu lə yəğfiriz-zunubə illə ənt, vəhdiniy liəhsənil-əxlaqi lə yəhdi liəhsənihə illə ənt, vəsrif anniy seyyiəhə lə yəsrifu anniy seyyiəhə illə ənt. Ləbbeykə və sə'deykə, vəl-xayru kulluhu biyədəykə, vəş-şərru leysə ileykə, ənə bikə və ileykə, təbarəktə və təaleyt, əstəğfirukə və ətubu ileyk]

«Üzümü hənif [ixlasla Allaha ibadət edənlərdən] olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım! Hökmdar Sənsən. Səndən başqa məbud yoxdur. Sən mənim Rəbbimsən, mən isə Sənin qulun. Özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Məni onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlindədir. Şər isə Sənə aid deyildir. Mən Səninləyəm, Sənə də dönəcəyəm. Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm».


30. [Allahummə Rabbə Cibraiylə və Mikaiylə və İsrafiylə fatiras-səməvati vəl-ard, Aliməl-ğaybi vəş-şəhadəti əntə təhkumu bəynə ibadikə fiymə kənu fiyhi yəxtəlifun. İhdiniy liməxtulifə fiyhi minəl-həqqi bi iznikə innəkə təhdi mən təşau ilə sıratin mustəqim]

«Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrin arasında Sən hökm verirsən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən».

31. [Allahu əkbəru kəbiyran, Allahu əkbəru kəbiyran, Allahu əkbəru kəbiyran, vəl-həmdulilləhi kəsiyran, vəl-həmdulilləhi kəsiyran, vəl-həmdulilləhi kəsiyran, və subhanəllahi bukratən və əsiylən və subhanəllahi bukratən və əsiylən və subhanəllahi bukratən və əsiylən. Əuzu billəhi minəş-şeytani, min nəfxihi və nəfsihi və həmzihi]

«Allah böyüklükdə ən Böyükdür, Allah böyüklükdə ən Böyükdür, Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu-çoxlu həmd olsun, Allaha çoxlu-çoxlu həmd olsun, Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun! Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun! Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun! Şeytandan – onun lovğalığından, sehrindən və vəsvəsəsindən Allaha sığınıram!»

32. [Allahummə ləkəl-həmdu əntə nurus-səməvati vəl-ardı və mən fiyhinnə, və ləkəl-həmdu əntə qayyimus-səməvati vəl-ardı və mən fiyhinnə (və ləkəl-həmdu əntə Rabbus-səməvati vəl-ardı və mən fiyhinnə), (və ləkəl-həmdu ləkə mulkus-səməvati vəl-ardı və mən fiyhinnə), (və ləkəl-həmdu əntə məlikus-səməvati vəl-ard), (və ləkəl-həmdu) (əntəl-həqq, və va'dukəl-həqq, və qaulukəl-həqq, və liqa¬ukəl-həqq, vəl-Cənnətu həqqun, vən-Naru haqqun, vən-nəbiyyunə həqqun, və Muhəmmədun səllallahu aleyhi və səlləm həqqun, vəs-saatu həqqun), (Allahummə ləkə əsləmtu və aleykə təvəkkəltu, və bikə aməntu, və ileykə ənəbtu, və bikə xasəmtu, və ileykə hakəmtu, fəğfir liy mə qaddəmtu və mə əxxartu və mə əsrərtu və mə ə'ləntu), (əntəl-muqaddimu və əntəl-muəxxiru lə ilahə illə ənt), (əntə iləhiy lə ilahə illə ənt)]

«Allahım! Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların nurusan. Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Hamisisən. [Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Rəbbisən.] [Həmd Sənədir. Göylərin, yerin və onlarda olanların səltənəti Sənə məxsusdur.] [Həmd Sənədir. Sən göylərin və yerin Hökmdarısan.] [Həmd Sənədir.] [Sən Haqsan. Verdiyin vəd haqdır. Dediyin söz haqdır. Sənə qovuşmaq haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Muhəmməd səllallahu aleyhi və səlləm haqdır. Qiyamət haqdır.] [Allahım! Sənə təslim oldum, Sənə təvəkkül etdim, Sənə iman gətirdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım (pis) əməllərimi bağışla!] [Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur. Sən mənim məbudumsan, Səndən başqa məbud yoxdur.]»


33. [Subhanə rabbiyəl-azim]

«Böyük Rəbbim pak və müqəddəsdir!» (üç dəfə)


34. [Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahummə-ğfirliy]

«Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!»

35. [Subbuhun, quddusun, Rabbul-məlaikəti vər-ruh]

«Pakdır, müqəddəsdir, mələklərin və Ruhun Rəbbidir!»


36. [Allahummə ləkə rakə′tu və bikə aməntu və ləkə əsləmtu xaşəa ləkə səm′iy və bəsariy və muxxiy və azmi və asabi və məstəqallə bihi qadəmi]

«Allahım! Sənə rüku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üstündə dayanan (bədənim) Sənə tabe oldu!»

37. [Subhanə zil-cəbəruti, vəl-mələkuti, vəl-kibriyai, vəl-azaməti]

«Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!»


38. [Səmi Allahu limən həmidəh]

«Allah Ona həmd edəni eşitdi!»


39. [Rabbənə və ləkəl-həmd, həmdən, kəsiyran, tayyibən, mübarəkən fiyh]

«Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!»


[Rabbənə və ləkəl-həmd! dedikdən sonra bunu da əlavə etmək olar:]


40. [...mil′əs-səməvati və mil′əl-ardı və mə bəynəhumə, və mil′ə mə şi′tə min şeyin bə′d. Əhləs-sənai vəl-məcdi, əhaqqu mə qaləl-abdu, və kullunə ləkə abdun. Allahumə lə mani'a limə a'təytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cədd]

«Göylər dolusu, yer dolusu, onların arasında olanlar və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Bəndənin – hamımız Sənin qu¬lunuq – söylədiyi ən doğru söz budur: Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».


41. [Subhanə Rabbiyəl-Ə'la]

«Ən Uca Rəbbim pak və müqəddəsdir!» (üç dəfə)


42. [Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Alla¬hummə-ğfirliy]

«Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!»


43. [Subbuhun, quddusun, Rabbul-məlaikəti vər-ruh]

«Pakdır, müqəddəsdir, mələklərin və Ruhun Rəbbidir!»


44. [Allahummə ləkə səcədtu və bikə aməntu və ləkə əsləmtu, səcədə vəchiyə lilləzi xaləqahu, və savvərahu, və şəqqa səm'ahu və bəsarahu, təbarəkəllahu əhsənul-xaliqin]


«Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Üzüm onu yaradana, ona surət verənə, onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!»


45. [Subhanə zil-cəbəruti, vəl-mələkuti, vəl-kibriyai, vəl-azəməti]

«Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!»


46. [Allahummə-ğfir liy zənbiy kulləhu, diqqəhu və cilləhu, və əvvələhu və axirahu və alaniyətəhu və sirrahu]

«Allahım! Günahlarımın hamısını – kiçiyini və böyüyünü, birincisini və axırıncısını, aşkarını və gizlisini mənə bağışla!»


47. [Allahummə inniy əuzu birıdakə min səxatikə və bimu'afatikə min uqubətikə və əuzu bikə minkə, lə uhsiy sənaən aleykə əntə kəmə əsneytə alə nəfsikə]

«Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!»


48. [Rabbi-ğfir liy, Rabbi-ğfir liy]

«Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!»

49. [Allahummə-ğfir liy, vərhəmniy, vəhdiniy, vəcburniy, və afiniy, vərzuqniy, vərfə'niy]

«Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə lütf et, mənə salamatlıq ver, mənə ruzi yetir və məni ucalt!»


50. [Səcədə vəchiyə lilləzi xaləqahu, və şəqqa səm'ahu, və bəsarahu bihəulihi və quvvətihi (fətəbarəkəllahu əhsənul-xaliqin)]

«Üzüm onu yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!»


51. [Allahumməktub liy bihə indəkə əcran, və da' anniy bikə vizran, vəca'lhə liy indəkə zuxran, və təqabbəlhə minniy kəmə təqabbəltəhə min abdikə Davud]

«Allahım! Bunun sayəsində mənə Öz ya¬nında mükafat yaz, onun səbəbilə məndən yükü götür [günahımı sil], onu mənim üçün Öz yanında saxla və onu bəndən Davuddan qəbul etdiyin kimi məndən də qəbul et!»


52. [Ət-təhiyyətu lilləhi, vəs-saləvatu, vət-tayyibətu, əs-səlamu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuhu, əs-səlamu aleynə və alə ibadilləhis-Salihin. Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu]

«Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir».


53. [Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid. Allahummə barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid]

«Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!»


54. [Allahummə salli alə Muhəmmədin və alə əzvacihi və zurriyyətihi, kəmə salleytə alə ali İbrahim. Və barik alə Muhəmmədin və alə əzvacihi və zurriyyətihi, kəmə barəktə alə ali İbrahim. İnnəkə həmidun məcid]

«Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!»


55. [Allahummə inniy əuzu bikə min əzabil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnətil-məhyə vəl-məmati, və min şərri fitnətil-məsihid-dəccal]

«Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!»


56. [Allahummə inniy əuzu bikə min əzabil-qabri, və əuzu bikə min fitnətil-məsihid-dəccal, və əuzu bikə min fitnətil-məhyə vəl-məmati. Allahummə inniy əuzu bikə minəl-mə'səmi vəl-məğrami]

«Allahım! Qəbir əzabından Sənə sığınıram. Dəccal məsihin fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günahdan və cərimədən (borcdan) Sənə sığınıram».


57. [Allahummə inniy zaləmtu nəfsiy zulmən kəsiyran, və lə yəğfiruz-zunubə illə ənt, fəğfir liy məğfiratən min indikə vərhəmniy, innəkə əntəl-ğafurur-rahim]

«Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!»

58. [Allahummə-ğfir liy mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə'ləntu, və mə əsraftu, və mə əntə ə'ləmu bihi minniy. Əntəl-muqaddimu, və əntəl-muəxxiru, lə illəhə illə ənt]

«Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur».

59. [Allahummə əınniy alə zikrikə, və şukrikə, və husni ibadətikə]

«Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!»

60. [Allahummə inniy əuzu bikə minəl-buxli, və əuzu bikə minəl-cubni, və əuzu bikə min ən uraddə ilə ərzəlil-umri, və əuzu bikə min fitnətid-dunya və əzabil-qabr]

«Allahım! Xəsislikdən Sənə sığınıram. Qorxaqlıqdan Sənə sığınıram. Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram. Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!»


61. [Allahummə inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nar]

«Allahım! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!»


62. [Allahummə bi ilmikəl-ğaybə və qudratikə aləl-xalqi əhyiniy mə alimtəl-həyətə xayran liy, və təvaffəniy izə alimtəl-vəfatə xayran liy, Allahummə inniy əs'əlukə xaşyətəkə fil-ğaybi vəş-şəhadəti, və əs'əlukə kəlimətəl-həqqi fir-rıda val-ğadabi, və əs'əlukəl-qasdə fil-ğinə val-fəqri, və əs'əlukə nəiymən lə yənfədu, və əs'əlukə qurratə aynin lə tənqatiu, və əs'əlukər-rıda ba'dəl-qadai, və əs'əlukə bərdəl-ayşi ba'dəl-məuti, və əs'əlukə ləzzətən-nəzəri ilə vachikə vəş-şəuqa ilə liqaikə fi ğayri darraə mudırratin və lə fitnətin mudillətin, Allahummə zəyyinnə bi ziynətil-iyməni vac'alnə hudatən muhtədin]

«Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür. Allahım! Gizlində də, aşkarda da Səndən [layiqincə] qorxmağı diləyirəm. Səndən, razılıq və qəzəb anında haqq söz [söyləməyimi] diləyirəm. Zənginlikdə də, kasıblıqda da Səndən mötədillik diləyirəm. Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı [sevinc] diləyirəm. Səndən, [başıma gələn] qəzadan sonra [ondan] razı qalmağımı və ölümdən sonra [olan] gözəl həyatı diləyirəm. Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm. Allahım! Bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!»


63. [Allahummə inniy əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə liy zunubiy, innəkə əntəl-ğafurur-rahim]


«Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən».


64. [Allahummə inniy əs'əlukə bi ənnə ləkəl-həmd, lə ilahə illə əntə vəhdəkə lə şəriykə ləkə, əl-mənnanu, yə bədi'as-səməvati val-ard, yə zəl-cələli val-ikram, yə həyyu, yə qayyum, inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nər]

«Allahım, Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!»


65. [Allahummə inniy əs'əlukə bi ənniy əşhədu ənnəkə əntəllahu lə ilahə illə əntəl-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd]

«Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa məbud yoxdur. Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən!»


66. [Əstəğfirullah (üç dəfə)! Allahummə Əntəs-səlam və minkəs-səlam təbəraktə ya zəl-cəlali vəl-ikram]

«Allahdan bağışlanma diləyirəm!» (üç dəfə).
«Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».

67. [Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ə'taytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cəddu]

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».

68. [Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə həulə və lə quvvətə illə billəh. Lə ilahə illəllahu, və lə nə'budu illə iyyah. Ləhun-ni'mətu və ləhul-fədlu və ləhus-sənaul-həsənu. Lə ilahə illəllahu muxlisinə ləhud-dinə və ləu kərihəl-kafirun]

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!»

69. [Subhanallahi, vəlhəmdulilləhi, vəllahu əkbər (otuz üç dəfə)! Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]

«Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» (otuz üç dəfə).
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»

( “Bunu hər namazdan sonra deyənin günahları dəniz köpüyü qədər olsa belə bağışlanır”. Muslim, 1/418.)

70. Hər (vacib) namazdan sonra əl-İxlas, əl-Fələqən-Nas surələrini bir dəfə oxumaq.
(Bu üç surəyə şərdən qoruyan surələr deyilir. «Fəthul-Bari», 9/62.)

71. Hər (vacib) namazdan sonra Kursi ayəsini (əl-Bəqərə, 255) oxumaq.

(«Kim (vacib) namazdan sonra bunu oxusa, onun Cənnətə daxil olmasına ölümdən başqa heç nə mane ola bilməz». ən-Nəsai «Aməlul-Yəumi vəl-Leyl», 100. əl-Albani bu hədisi “səhih” hesab etmişdir. Bax: «Səhihul-Cami», 5/339; «Silsilətul-Əhadisi-s-Səhihə» 2/697 № 972.)

72. [Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumiytu və huvə alə kulli şeyin qadir]

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir!»

Bu zikri məğrib və sübh namazlarından sonra on dəfə oxumaq Sünnədir.

73. [Allahummə, inniy əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]

«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» Bu dua sübh namazının salamından sonra oxunur.


[İstixarə - Bir işə başlamaq istədikdə Allahdan uğur diləmək.]
74. Cabir ibn Abdullah Allah ondan razı olsun rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin:

74. [Allahummə inniy əstəxiyrukə bi ilmikə, və əstəqdirukə bi qudratikə, və əs'əlukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tə'ləmu və lə a'ləm, və əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzəl-əmra xayrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əcilihi – fəqdurhu liy və yəssirhu liy, summə bərik liy fiyhi. Və in kuntə tə'ləmu ənnə həzəl-əmra şərrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əcilihi – fasrifhu anniy, vəsrifniy anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ardıniy bihi]

«Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!» [əl-Buxari, 7/162.]

Yaradandan uğur diləyən, mömin insanlarla məsləhətləşən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Pak və müqəddəs Allah buyurmuşdur:

«...[ehtiyacın olan] işdə onlarla məsləhətləş. Qəti qəra¬ra gəldikdə isə Allaha təvəkkül et!». [«Ali-İmran», 159.]



 
 
Форма входа

Календарь новостей
«  may 2024  »
1-ci gun2-ci gun3-cu gun4-cu gun5-ci gun6-ci gun7-ci gun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Мини-чат

Поиск

Друзья сайта

Статистика

KİMLƏR ONLİNEDƏ 1
QONAQLAR 1
İSTİFADƏÇİLƏR 0
 

Copyright MyCorp © 2024
Хостинг от uCoz