ГлавнаяРегистрацияВход YA ALLAH bazar ertesi, 20.05.2024, 00:02
  Приветствую Вас Гость | RSS

 
 Главная » 2008 » iyun » 12 » Hər il 5 milyon insan vəfat edir...
Hər il 5 milyon insan vəfat edir...
16:18
Bütün dünya üzrə hər on ölümdən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda qeyd olunub. Sənəddə göstərilib ki, hər il təxminən beş milyon insan siqaret çəkmədən dünyasını dəyişir. «Belə siqaret çəkmə tendensiyası davam edərsə, 2020-ci ilə qədər hər il təxminən 10 milyon ölüm faktı qeydə alınacaq. İndi siqaret çəkən insanların yarısı-təxminən 650 milyonu siqaret çəkdiyinə görə öləcək», - deyə sənəddə qeyd olunub. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü 1987-ci ildə ÜST-ə üzv ölkələr tərəfindən təsis edilib. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü hər il


31 may tarixində qeyd edilir. Bu gün siqaret çəkmənin təhlükələri, tütün məmulatları istehsalçılarının biznes praktikası, «tütün» epidemiyasına qarşı ÜST-ün fəaliyyəti və bütün dünya əhalisinin öz sağlamlığını və sağlam həyat sürmək hüququnu qorumaq üçün nə edə biləcəyi haqqında maarifləndirmə aparılır. «Trend» xəbər verir ki, ÜST-ün Azərbaycanda ölkə üzrə Ofisi Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Gününə dair maarifləndirmə materialları hazırlayıb çap edib. Materiallar siqaretə qarşı kampaniya çərçivəsində paylanacaq.
Просмотров: 843 | Добавил: muselmanlar | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
 
 
Форма входа

Календарь новостей
«  iyun 2008  »
1-ci gun2-ci gun3-cu gun4-cu gun5-ci gun6-ci gun7-ci gun
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Мини-чат

Поиск

Друзья сайта

Статистика

KİMLƏR ONLİNEDƏ 1
QONAQLAR 1
İSTİFADƏÇİLƏR 0
 

Copyright MyCorp © 2024
Хостинг от uCoz