ГлавнаяРегистрацияВход YA ALLAH Cersenbe axsami, 17.12.2024, 03:20
  Дневник Приветствую Вас Гость | RSS

 
 Главная » 2008 » iyun » 12 » MÜQƏDDƏS QURAN
MÜQƏDDƏS QURAN
16:06
Əksər insanların qiyamət günü haqqında qismən də olsa məlumatı var. Demək olar ki, çox adam qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq insanlar bu cür həyati bir məsələ haqqında eyni cür hərəkət edir, yəni qiyamətlə bağlı fikirləşmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gələndə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün çox səy göstərirlər. Qəzetlərdə oxuduqları bir müsibət xəbərinin və ya başqa bir bəlanı göstərən filmin onlara qiyaməti xatırlatmasına da dözə bilməzlər. Həmin günün mütləq olacağını fikirləşməkdən çəkinirlər. Bu mövzudan danışan insanlara qulaq asmaq istəmədikləri kimi həmin böyük gündən bəhs edən yazıları da oxumaq istəməzlər. Bunlar qiyamət fikirlərinin səbəb olduğu qorxudan qaçmaq məqsədilə ərsəyə gətirdikləri üsullardan bəziləridir. Əksər insanlar da qiyamət saatının ciddi və həqiqətəuyğun olduğuna inanmır. Bunun bir nümunəsini «Kəhf» surəsində bəhs edilən varlı bağ sahibinin ifadələrindən də görürük:
XƏBƏRİ ƏLAVƏ ETDİ:FAİQ
Bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarının Florida əyalətindəki Akbar klinikasında başlanan bir tədqiqatda “Qurani-Kərimin insan orqanizminə olan təsirləri” tədqiq edildi və gərginlikləri azaldıb insanı rahat edən təsirə malik olması qəti şəkildə ortaya çıxarıldı. Maraqlı burasıır ki, bu təcrübədən keçənlər yalnız müsəlmanlar və ərəb dilini bilənlər deyil, eyni zamanda qeyri-müsəlmanlardan ibarət idi. Bu tədqiqatda Quran ayələrilə heç bir əlaqəsi olmayan cümlələr eynilə Quran ayələri kimi təcvidlə oxunacaq və onun ərəb dilində bilənlərlə-bilməyənlərə olan təsiri tədqiq ediləcəkdi
Bakı - Göy məscid
Bismillahir-rəhmanir-rəhim!


1. De: "Pənah aparıram insanların Rəbbinə;
2. İnsanların ixtiyar sahibinə;
3. İnsanların tanrısına;
4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]"
1. De: «Pənah aparıram sübhün Rəbbinə!
2. Yaratdıqlarının şərindən;
3. Zülmətə bürünməkdə olan gecənin şərindən;
4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5. Və bir də paxıllığı tutanda paxılın şərindən!"
1. Mərhəmətli, rəhmli Allahın adı ilə!
2. Həmd (şükr və tərif) olsun Allaha
3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4. Haqq-hesab (qiyamət) gününün sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6. Bizi doğru yola yönəlt!
7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və haqdan azmışların yoluna yox!
Просмотров: 982 | Добавил: muselmanlar | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
 
 
Форма входа

Календарь
«  iyun 2008  »
1-ci gun2-ci gun3-cu gun4-cu gun5-ci gun6-ci gun7-ci gun
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Мини-чат

Поиск

Друзья сайта

Статистика

KİMLƏR ONLİNEDƏ 1
QONAQLAR 1
İSTİFADƏÇİLƏR 0
 

Copyright MyCorp © 2024
Хостинг от uCoz